Rusiyada dəhşətli qəza - 2 ölü, 12 yaralı

rusiyada-dehsetli-qeza
Oxunma sayı: 1090

Rusiyanın Omsk rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib, daha on ikisi isə xəsarət alıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Om1” portalı xəbər verib.

“Renault Logan”la “Nissan Pathfinder” Çelyabinsk-Novosibirsk yolunun 829-cu kilometrliyində toqquşub. Buna səbəb “Nissan”ın sürücüsünün sola döndüyündə digər minik avtomobilinə yol verməməsi olub.

Toqquşma nəticəsində “Renault”un sürücüsü və sərnişini vəfat ediblər. Xəsarət alan on iki nəfərdən altısı uşaqdır. Bütün yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, xəsarət alanların yarısının vəziyyəti ağırdır.