Rusiyada pedofiliyada ittiham olunan keşişə 14 il iş verildi

rusiyada-pedofiliyada-ittiham-olunan-kesise-14-il-is-verildi
Oxunma sayı: 964

Rusiyada pedofiliyada ittiham olunan və xidmətdən uzaqlaşdırılankeşişə 14 il həbs cəzası verilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Qleb Qrozovski özünü günahkar bilməyib və təxribat qurbanı olduğunu əlavə edib. 

Keşişin Ladoqa gölü ətrafındakı pravoslav düşərgəsində 3 qıza qarşı seksual hərəkətlər etməsi təsdiqlənib. Cinayət epizodlarından biri 2009-cu ildə, digər ikisi isə 2013-cü ildə baş verib. 

Ona qarşı cinayət işi 2013-cü ildə açılsa da, istintaqdan yayınan Qrozovski İsraildə gizlənib. Onu ancaq 2016-cı ildə ekstradisiya etmək mümkün olub.

İsraildə vətəndaşlıq almaq istəsə də, rədd cavabı alıb.