Rusiyada təyyarə qəzaya uğrayıb - Ölən və yaralanan var

rusiyada-teyyare-qezaya-ugrayib
Oxunma sayı: 1891

Rusiyanın Amur vilayətində təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional xidməti məlumat yayıb.

Məlumata əsasən, AN-2 tipli təyyarə sərt eniş edib və yanmağa başlayıb. Qəza nəticəsində pilotlardan biri həlak olub. Digəri isə ağır vəziyyətdədir. Hadisə baş verən zaman göyərtədə sərnişin olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.