Rusiyaya işləməyə gedənləri rus dilindən imtahan gözləyir

rusiyaya-islemeye-gedenleri-rus-dilinden-imtahan-gozleyir
Oxunma sayı: 670

Rusiya Federasiya Şurası əmək miqrantları haqqında yeni qanun layihəsini təsdiq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni qanuna əsasən, Rusiyaya işləməyə gələn miqrantlar rus dilindən imtahan verəcəklər.

Bu qanun mənzil-kommunal təsərrüfatında çalışan və pərakəndə ticarətlə məşğul olan miqrantlara şamil ediləcək. Onların rus dilindən bilikləri yoxlanılacaq, imtahandan keçən miqranta sertifikat veriləcək. Həmin sertifikata əsasən, miqrantların Rusiyada işləməsinə icazə veriləcək.

Yeni qanun Rusiya prezidentinin təsdiqindən sonra dekabrın 1-dən qüvvəyə minəcək.