Ruslan Bəşirli Ramil Usubova müraciət etdi

ruslan-besirli-ramil-usubova-muraciet-etdi
Oxunma sayı: 2946


"2014-cü ilin mayın 15-də rəhbəri olduğum “Avropa.info” xəbər portalında ““Hizbullah” Azərbaycanda təşkilat yaratdı- “Hizbullah-qalibun”” başlıqlı yazı dərc olunub. Yazıda Namiq Həşimzadə adlı Xaçmaz rayon sakininin Azərbaycanda “Hizbullah-qalibun” adlı təşkilat yaratdığını elan etməsini və bu təşkilatın ilkin olaraq, sosial şəbəkələrdə fəaliyyətə başladığı bildirilir. N.Həşimzadənin “Youtube.com” saytında “Hizbullah-qalibun” adı ilə videolar yerləşdirdiyi, Azərbaycan xalqı və hakimiyyəti haqqında aşağılayacı fikirlər bildirdiyi qeyd olunur. 

Bundan başqa, yazıda N.Həşimzadənin İranın “Səhər” telekanalında çıxış etdiyi və Azərbaycan dövləti haqqında təhqiramiz fikirlər səsləndirdiyi də bildirilir. Məhz bu yazıdan sonra İranın “Səhər” telekanalında yenidən çıxış edən N.Həşimzadə “Avropa.info” xəbər portalını təhqir edərək, Azərbaycan hakimiyyəti haqqında da aşağılayacı fikirlər işlədib.

Mayın 21-də isə “Avropa.info”da bununla bağlı daha bir yazı dərc olunub. Məhz bu yazıdan sonra N.Həşimzadə və onu müdafiə etdiyini bildirən yüzlərlə şəxs sosial şəbəkələrdə mənimlə bağlı açıq söyüş və təhdidlərdən ibarət olan mesajlar göndəriblər. Bu mesajlarda məndən əl çəkilməyəcəyi bildirilir.

2014-cü ilin mayın 25-də isə gecə saatlarında öz tərəfdarlarına müraciət edən “Hizbullah-qalibun” ləqəbli N.Həşimzadə məni təhqiramiz söyüşlərlə söyməklə yanaşı, həmçinin açıq-aşkar təhdidlər də edib. Bu azmış kimi, N.Həşimzadə həmin müraciətini açıq-aşkar şəkildə “Youtbe.com” saytında yerləşdirib. Həmin video-müraciət “Avropa.info” və ölkənin bir çox tanınmış saytlarında yayımlanıb. 

2014-cü ilin mayın 26-da isə səhər saatlarında iki dəfə mənə zəng edən N.Həşimzadə məni davaya çağırıb. Mən onun barəsində hüquq-mühafizə orqanlarına müraciət etdiyini, bu işlə polisin məşğul olduğunu dedikdə, o, polisin ünvanına da nalayiq ifadələr işlədib. Bu azmış kimi, həmin telefon danışığını da “Youtube.com” saytında yerləşdirərək, tərəfdarları arasında mənim ondan çəkindiyimi bildirib. 

Hər iki video istintaqa təqdim edilmək üçün bizim tərəfimizdən götürülüb.

Qeyd edim ki, mən məsələ ilə əlaqədar olaraq, 2014-cü ilin mayın 25-də DİN-in 102 xidmətinə müraciət etmişəm. Elə həmin gün günorta saatlarında Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsində olub, hadisə haqqında ətraflı məlumat vermişəm. Lakin hesab edirəm ki, məsələ olduqca ciddidir. Sosial şəbəkələrdə mənim ardıcıl olaraq, müxtəlif adamlar tərəfindən təhdid edilməyim və təhqir olunmağım bunun sübutudur. Təhdid edən şəxslər açıq şəkildə öz telefon nömrələrini belə sosial şəbəkələrdə yayımlayırlar. Məsələn, Goranboy rayonundan olduğunu deyən Hafiz Şahbazov adlı şəxs məni ağır söyüşlərlə təhqir edərək, öldürəcəyini bildirmiş və 051 582 85 85 telefon nömrəsini də sosial şəbəkədə yerləşdirərək, məni öldürməklə hədələyir. 

Bundan başqa, Namiq Həşimzadə “Youtbe.com” saytında, “Məni “Hizbullah yetişdirib”, dediyi video da yerləşdirib. 

Cənab nazir!

Hazırda mənim və ailəmin həyatı təhlükədədir. Bir araşdırmaçı jurnalist olaraq, ilk baxışdan bu məsələnin arxasında Namiq Həşimzadənin deyil, bütöv bir şəbəkənin durduğunu hesab edirəm. Sizdən bu məsələ ilə bağlı tapşırıqlar verməyinizi və mənə qarşı aparılan təhdid və təhqir kampaniyasının araşdırılmasını xahiş edirəm edirəm”.