Rza Zərrabın ortağı niyə həbs olundu? - - Rəsmi açıqlama

rza-zerrabin-ortagi-niye-hebs-olundu-
Oxunma sayı: 3111


APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin 90-cı maddə komissiyasının sözçüsü Mustafa Əfzəli Fərd bildirib ki, B. Zəncani İran Neft Nazirliyinə olan borcu və sosial sığorta məsələsi ilə bağlı açılmış cinayət işi ilə əlaqədar tutulub.

Parlament üzvü B. Zəncaninin Türkiyədəki rüşvət və korrupsiya qalmaqalında rol oynaması ilə bağlı iddiaların araşdırılıb-araşdırılmayacağına dair sualı da cavablandırıb: “Bu məsələ ilə bağlı qarşı tərəfdən şikayət gəlməli və ya komissiya öz qərarı ilə mövzunu araşdırmağa başlamalıdır”.