Saakaşvili Kiyevdə saxlanıldı - Fotolar

saakasvili-kiyevde-saxlanildi
Oxunma sayı: 4489

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Kiyevdə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini saxlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində “Yeni qüvvələr hərəkatı”nın liderlərindən biri David Sakvarelidze bildirib.

“Mixaili tutdular! Onu Təhlükəsizlik Xidmətinə aparırlar”, - deyə D. Sakvarelidze yazıb.

Ukrayna baş prokuroru Yuriy Lutsenko faktı təsdiqləyib.