Sabah Bakının bəzi kənd və qəsəbələrinin qazı kəsiləcək

sabah-bakinin-bezi-kend-ve-qesebelerinin-qazi-kesilecek
Oxunma sayı: 632

Dövlət Neft Şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar avqustun 12-də saat 10:00-dan etibarən “Digah” Qazpaylayıcı Stansiyasından qidalanan “Binəqədi” və “Abşeron” kollektorlarında qaz təchizatı dayandırılacaq. Təmir müddətində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinə, Binəqədi kəndinin bir hissəsinə, eləcə də Abşeron rayonunun Digah, Məhəmmədi, Goradil, Fatmai kəndlərinə və Fatmai bağları adlanan yaşayış massivinə təbii qazın verilişində fasilələr yaranacaq.

Nigar Məmmədli