Sabah qar yağacaq

sabah-qar-yagacaq
Oxunma sayı: 633

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentin “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı
Dekabrın 22-də qeyri-sabit, arabir yağıntılı və küləkli hava şəraiti davam edəcək.