“Sabah” qələbə həsrətinə son qoydu

sabah-qelebe-hesretine-son-qoydu
Oxunma sayı: 845

Azərbaycan I Divizionunda 13-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Sabah” doğma meydanında “Şüvəlan”ı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Bununla da "Sabah" 4 matçlıq qələbə həsrətinə son qoyub.

Qeyd edək ki, hazırda "Sabah" 15 xalla 7-ci, "Şüvəlan" isə 19 xalla 3-cü sıradadır.

“Sabah” – “Şüvəlan”  2 - 1

Qollar: Elşad Manafov, 2, Eltun Hüseynov, 28 - Şahin Əliyev, 88