Sabah yağış yağacaq

sabah-yagis-yagacaq
Oxunma sayı: 644

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 2-7 ° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 0-3° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən axşam və gecə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı vardır. Bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3° istidən 2°-dək şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında Əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacaqdır. Lakin axşam qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-4° isti, gündüz 5-10° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Dağlarda duman olacaq. Temperaturun gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 2° istidən 2°-dək şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.