Sabahdan istilik verilir

sabahdan-istilik-verilir
Oxunma sayı: 1372

Ötən illərdən fərli olaraq bu il “Azəristiliktəchizat” ASC  istilik verilməsinə daha tez başlayıb. Buna səbəb isə havaların soyuq keçməsidir.

Sözügedən qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq dağətəyi rayonlarda noyabr ayının 1-dən, Bakıda isə 11-dən etibarən qurumun balansında olan qazanxanalar işə salınıb:

“Bu il istilik noyabrın 15-də yox, daha tez verilib. Artıq qazanxanaların 80 faizi trafikə uyğun olaraq işləyir. Sabahdan etibarən isə tam rejimdə işə salınacaq. Bu il işləməsi nəzərdə tutulan qazanxanalar vasitəsilə 3800 yaşayış  binası, qurumun tabeliyində olan bütün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisəsi  və digər sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub”.

Günel Hacı