Sabiq prezidentin çıxış etdiyi salonda bomba quraşdırıldı

sabiq-prezidentin-cixis-etdiyi-salonda-bomba-qurasdirildi
Oxunma sayı: 769

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb.

Partlayıcı qurğu Buenos-Ayresdəki “Gran Rex” teatrının işıqlandırma cihazına yerləşdirilib. Bomba mobil telefon vasitəsilə işə düşməliymiş.

59 yaşlı sabiq prezident liderlərin konfransında mayın 23-d çıxış edəcək. Tədbirin cədvəlində dəyişiklik edilməyib.

Alvaro Uribe 2002-2010-cu illərdə iki müddət dalbadal Kolumbiyanın prezidenti olub. Onun prezidentliyi dövründə başçılıq etdyi hakimiyyətin əsas mübarizəsi sol radikal döyüşçülərin məhvinə yönəlib.

Sabiq prezidentə qarşı təşkil olunan terror aktı planının həmin qüvvələr tərəfindən hazırladığı ehtimal edilir.