Sabiq prezidentin oğlu da həbs olundu

sabiq-prezidentin-oglu-da-hebs-olundu
Oxunma sayı: 642

APA-nın İRNA-ya istinadən xəbərinə görə, M.Haşimi son üç ildə gizləndiyi Londondan bazar günü İrana qayıdıb.
Sabiq prezidentin oğlunu Tehran hava limanında qardaşları ilə birlikdə ailənin vəkili, eyni zamanda prokurorluq nümayəndəsi və təhlükəsizlik qüvvələri qarşılayıb. Hava limanındakı müvafiq proseduru tamamlandıqdan sonra ata evinə gedib.

Məlumata görə, Tehran prokurorunun müavini hava limanında Mehdi Haşimiyə cinayət işi açıldığını deyərək, onun dilindən 24 saat içərisində özünü prokurorluğa təslim edəcəyinə dair iltizam alıb.

M.Haşimi 2009-cu ildə İranda keçirilən mübahisəli prezident seçkilərindən sonra ölkədə kütləvi iğtişaşların nəticələnməsi ilə nəticələnən hökumət əleyhinə aksiyaların təşkilində günahlandırılır.

Onun bacısı Faizə Haşimi də bu aksiyalara qatıldığı üçün Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən bu ilin yanvarında 6 ay azadlıqdan və 5 il müddətinə siyasi, mədəni və jurnalistika sahəsində fəaliyyət göstərməkdən məhrum olunub. 1996-2000-ci illərdə Tehran şəhərini İran parlamentində təmsil etmiş 50 yaşlı Faizə Haşimi barəsində çıxarılmış həbs cəzasını çəkmək üçün sentyabrın 22-də axşam saatlarında Tehranın Evin zindanına salınıb.

Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran prezidenti postunu tutub. Hazırda o, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəridir.