Sabiq “Qalatasaray”lı Uruqvayda dava saldı - Video

sabiq-qalatasarayli-uruqvayda-dava-saldi
Oxunma sayı: 648

Libertadores Kuubokunun qrup mərhələsində baş tutan “Penyarol” – “Palmeyras” matçı qalmaqalla başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Uruqvayda keçirilən oyundan sonra qonaqların futbolçusu Felipe Melo aranı qatıb. 

Final fitindən sonra sabiq “Qalatasaray”lı rəqib futbolçulara hücum çəkib. Komanda yoldaşları onu sakitləşdirməyə çalışsa da, Melo rəqibini yumruqla vurub və oradan qaçıb. O, təhlükəsizlik işçilərinin köməyi ilə soyunub-geyinmə otağına yollanıb. 

Mühafizəçilərin səylərinə baxmayaraq dava-dalaş stadionun dəhlizində də davam edib. Mühafizəçilər “Palmyeras”ın soyunub-geyinmə otağının qapısının qırıblar. 

Davanın səbəbi də elə Melonun açıqlaması olub. O, oyundan əvvəl “qələbə üçün lazım gəlsə, rəqib futbolçuları döyərəm”deyib. Uruqvaylılar da bunun əvəzini Melodan çıxmağa çalışıb.