Sabiq vitse-prezidentin məhkəməsi başladı

sabiq-vitse-prezidentin-mehkemesi-basladi
Oxunma sayı: 646

“Azerimuslims.com” xarici KİV-lərə istinadən bildirir ki, barəsində həbs qəti imkan tədbiri çıxarılan İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşiminin məhkəmə prosesi başlanıb.

Xəbərlərdə hazırda Türkiyədə olan Haşiminin məhkəməsinin paytaxt Bağdad məhkəmələrindən birində başladığı bildirilib. Məhkəmənin ilk günündə dövlət ittihamçısı Haşimini şiə məzhəbindən olan siyasətçiləri qətlə yetirmək üçün xüsusi ölüm qruplaşmaları yaratmaqda günahlandırıb.

İlk iclasda ifadə verən şahidlər belə qruplaşmaların aktlarının şahidi olmadıqlarını, bununla belə Haşiminin barəsində mətbuatda çıxan xəbərlərdən sonra sabiq vitse-prezidentdən şikayətçi olduqlarını deyiblər.

Haşimi isə məhkəmənin şəxsinə qarşı qurulan tələ olduğunu bəyan edir.