Sabirabadda aksiya iştirakçıları icra başçısını tələb etdilər

sabirabadda-aksiya-istirakcilari-icra-bascisini-teleb-etdiler
Oxunma sayı: 644

Sabirabadın Minbaşı kənd sakinləri yerli bələdiyyənin rəhbəri Ruhulla Qocayevin və icra hakimiyyətinin kənddəki nümayəndəsi Bəylər Isgəndərovun istefası tələbi ilə etiraz aksiyası keçirirlər. Onlar həmçinin “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin azad edilməsini tələb ediblər.
Dünən üzərində “Ilham Əliyev, bizi bu məmurlardan azad et!” yazılan plakatla mitinqə çıxan kənd sakinlərinin görüşünə rayon icra hakiminin müavini və polis rəisi gəlib. Lakin 150-yə yaxın aksiya iştirakçısı onlarla danışmaqdan imtina ediblər, yalnız icra başçısı Nazim Ismayılovun özü ilə görüşməyə hazır olduqlarını bildiriblər. Bu gün Ismayılovun kəndə gələcəyi gözlənilir. Qeyd edək ki, aprelin 4-də kənd sakinləri 2010-cu il daşqınından ziyan çəkənlərə kompensasiyaların ədalətli paylanması və vəsaiti mənimsəyən məmurların cəzalandırılması tələbi ilə etiraz aksiyası keçiriblər. Lakin heç bir tədbir görülməyib. Oqtay Gülalıyev aprelin 8-də Minbaşı kəndində əhalinin problemləri ilə tanış olarkən saxlanılıb. Saxta ittihamla həbs bələdiyyə başçısının və icra hakimiyyəti nümayəndəsinin təşəbbüsü olub. Gülalıyev guya yuxarıda adı çəkilən məmurları təhqir etdiyinə görə 12 gün müddətinə həbs edilib. Ölkənin müxtəlif ictimai və siyasi təşkilatları onun həbsini pisləyib.

azadliq.info