Şabranda silah sursat tapıldı

sabranda-silah-sursat-tapildi
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şabran rayon Əmirxanlı kəndi ərazisindən odlu silah və vasitələri götürülüb.

Şabran RPŞ əməkdaşları tərəfindən Əmirxanlı kəndi ərazisindən 1 ədəd "AK" silahı, 1 ədəd ov tüfəngi, 183 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı tapılıb.