Sağdişi öldürən bəyin dayısına hökm oxundu

sagdisi-olduren-beyin-dayisina-hokm-oxundu
Oxunma sayı: 2852

Bakı Ağır Cinayətlər Məhkəməsində toyda oynamağa görə adam öldürməkdə təqsirləndirilən Səlim Mirzəbəyova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Mirzəbəyov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2018-ci il iyulun 8-də gecə saatlarında Qusar rayonunda Gedəzeyxur kəndində toyda iştirak edən və Bakıdan qonaq gedən 30 yaşlı İlham Qədirov bıçaqlanaraq öldürülüb.

İ.Qədirov bəyin sağ dişi olub və toyda oynamağa görə bəyin dayısı, 39 yaşlı Səlimlə mübahisə edib. S.Mirzəbəyov qonağı bıçaqlayaraq öldürüb. Mərhum İ.Qədirovun 2 azyaşlı övladı var, o Bakıda hərbi hissələrin birində gizir olub.

Murad Əhməd