Şahzadənin toyuna geyindikləri libasları satışa qoydular - Fotolar

sahzadenin-toyuna-geyindikleri-libaslari-satisa-qoydular
Oxunma sayı: 2739

Britaniyalı dizayner Viktoriya Bekhemlə keçmiş futbolçu Devid Bekhem şahzadə Harri ilə Meqan Marklın toyuna geyindikləri libaslarını hərraca qoyublar.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Devid toy mərasiminə "Dior" brendindən kostyumda, Viktoriya isə öz kolleksiyasından olan libasda yollanmışdı. Cütlük paltarların satışından gələn gəliri mayın 22-də Mançesterdə törədilmiş terror aktında zərərçəkənlərə verəcək.

Aksiyada iştirak etmək üçün 24 dollara onlayn-bilet alınmalıdır.