Şamaxıda qohumlar dalaşdı - Xəsarət alan var

samaxida-qohumlar-dalasdi
Oxunma sayı: 1735

Şamaxı rayonunda qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.

"Qafqazinfo"nun APA-ya istinadən xəbərinə görə, bu gün axşam saatlarında rayonun Bağırlı kənd sakini, 1975-ci il təvəllüdlü Almirzəyev Bəhərçin Əliməmməd oğlu baş və bədənin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Bəhərçin Almirzəyev qardaşının oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağacla və yumruqla döyüldüyünü bildirib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır. Onların arasında münaqişənin söyüşə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.