Samiranin yeni planları

samiranin-yeni-planlari
Oxunma sayı: 757


“Fərqanə Qasımova ilə dini duet yazdırmışıq. Musiqisi Cəmil Məmmədliyə, sözləri Sevinc Şirinovaya, aranjemanı Azad Vəliyevə  məxsusdur. Mahnını dinləyicilərin öhdəsinə vermişik. Allah qoysa, Yeni il ərəfəsində klip də çəkdirmək istəyirik. “Çarəsiz” mahnısına da klip çəkdirəcəyəm, bəstə uğurlu alınıb. 2012 və2013-cü illərdə klub konserti verdim. Bu il evdə körpəm olduğu üçün vaxtım olmadı. İnşallah gələn il konsert verəcəyəm”.

Yeni il haqda danışan sənətçi bayramla bağlı heç bir plan qurmadığını qeyd edib:

“Yeni illə bağlı heç bir plan qurmuram. Ümumiyyətlə, həyatda plan quran insan deyiləm. Balalarımın, əzizlərimin yanımda olması, sevdiyim insanlarla bir masa arxasında  oturub söhbət etmək mənim üçün bayramdır. Konkret olaraq, yeni ildə xüsusi planım yoxdur. İstəyirəm ki, iş olsun. Bu il az işləmişəm”.

Könül