Samsung-un hədiyyəli kampaniyası - - Galaxy S5 qazanmaq imkanı

samsung-un-hediyyeli-kampaniyasi-
Oxunma sayı: 2222


Bununla bərabər, Samsung şirkəti azərbaycanlıları hədiyyəli kampaniyada iştirak etməyə dəvət edir və onlara yeni Galaxy S5, Gear Fit və ya Gear 2 sahibi olmaq şansı verir. "Birinci Ol" adlanan yarışmada iştirak etmək üçün Bakı şəhərinin beş müxtəlif nöqtəsində yerləşdirilmiş Galaxy S5 stendlərinin ən azı bir stendin önündə şəkil çəkdirib, onu facebook.com/samsungazerbaijan səhifəsində yerləşdirmək kifayətdir. Daha çox stendin qarşısında şəkil çəkdirən və onu yuxarıda qeyd olunan Facebook səhifəsində yerləşdirən insanlar qalib olmaq şanslarını artırırlar.

Galaxy S5 stendlərinə baş çəkmək və yarışmada iştirak etmək istəyənlər aprel ayının 2-sindən 10-una qədər saat 16:00-20:00 arası Park Bulvar, 28 Mall, Metropark, Megafun və Aygün City Mall alış-veriş mərkəzlərinə yaxınlaşa bilərlər.