Sarkisyan Ermənistan baş nazirliyinə namizəd irəli sürüldü

sarkisyan-ermenistan-bas-nazirliyine-namized-ireli-suruldu
Oxunma sayı: 1400

Bu gün Ermənistanda Respublika Partiyasının icra orqanının toplantısı keçirilib.
 
“Qafqazinfo”nun “News.am” saytına istinadən verdiyi məlumata görə, iclasda partiyanın lideri, eks- prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.

Partiya sədrinin müavini Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. 
Müzakirə olunduqdan sonra Sarkisyanın namizədliyi yekdilliklə qəbul olunub.
 
Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da baş nazir postuna rəsmən S. Sarkisyanın namizədliyini irəli sürəcək.