Sarkisyan, Peskov və Puqaçova erməni milyarderin oğlunun toyunda - Fotolar

sarkisyan-peskov-ve-puqacova-ermeni-milyarderin-oglunun-toyunda
Oxunma sayı: 11797

Moskvada “Safisa” sarayında erməni milyarder, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın oğlunun dəbdəbəli toy mərasimi keçirilib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “Forbes” jurnalı tərəfindən 4 milyard dollar sərvətlə dəyərləndirilən iş adamının oğlunun toyunda Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Karen Karapetyan və digər rəsmilər, eləcə də Rusiya şou-biznesinin nümayəndələri- müğənnilər -Alla Puqaçova, Filipp Kirkorov, Vera Brejneva, Nikolay Baskov, musiqiçi Sergey Şnurov, telejurnalistlər- Kseniya Sobçak və Andrey Malaxov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xanımı Tatyana Navka, italyan müğənni Eros Ramazotti də iştirak edib.