Sarkozi hələ də rəqibindən geri qalır

sarkozi-hele-de-reqibinden-geri-qalir
Oxunma sayı: 638

“Qaqfazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, keçirilən rəy sorğularının nəticəsində prezidentliyə namizəd Fransua Hollande hələ də öndədir.

“Harris Interactive”in namizədlər arasında baş tutan teledebatdan sonra keçirilən sorğuda respondentlərin 53%-i Hollandeyə səs verməyə hazır olduqlarını bildirib. 47% seçici isə Sarkoziyə səs verəcəklərini deyib. Aprelin sonunda keçirilən sorğu ilə müqayisədə Sarkozi səslərini 2% artıra bilib.

31% respondent teledebatda Hollandeni qalib sayıb. Sorğuda iştirak edənlərin 29%-i isə Sarkozini teledeabatın qalibi hesab edib.