Savçenkonun partiyası qeydiyyatdan keçdi

savcenkonun-partiyasi-qeydiyyatdan-kecdi
Oxunma sayı: 659

Ukrayna Ədliyyə Nazirliyi “Nadejda Savçenkonun sosial-siyasi platforması” siyasi partiyasını qeydiyyatdan keçirib.

“Qafqazinfo”nun “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə siyasətçinin özü Feysbuk hesabında yazıb.

Savçenkonun sözlərinə görə, o, indi yalnız millət vəkili deyil, həm də “Nadejda Savçenkonun sosial-siyasi platforması” siyasi partiyasının lideridir.