Saxlanılan bankir Zakir Zeynalovun oğludur

saxlanilan-bankir-zakir-zeynalovun-ogludur
Oxunma sayı: 12627

Xəbər verdiyimiz kimi, “GünayBank”ın keçmiş sədr müavini, qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalovun həbsi barədə məlumatlar yayılıb.

“Qafqazinfo” E. Zeynalovla bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, o, "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı  (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

Həmçinin bildirək ki, E. Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında  yüksək vəzifəli məmurlar da  var. 

Qeyd edək ki, mediada Emin Zeynalovun Günay Bankdan əmanətçilərin 100 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumat yayılsa da, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankda hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayıb:

“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, prudensial normalara uyğundur”

Günel Türksoy