Saxta polislər tutuldu

saxta-polisler-tutuldu
Oxunma sayı: 1582


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə "Karat" MMC-dən oğurluq etdiyinə görə tutulmuş Ramil İmaməliyevin cari ilin may ayının 1-də 8-ci mikrorayon ərazisində özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirov tərəfindən "KİA" markalı avtomobilə oturdulub Xırdalan şəhərinin ərazisinə aparılması və orada ona hədə-qorxu gələrək oğurlanmış puldan 450 min manatının alınması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.