Səbaildə Heydər Əliyevə həsr olunmuş musiqi gecəsi keçirilib

sebailde-heyder-eliyeve-hesr-olunmus-musiqi-gecesi-kecirilib
Oxunma sayı: 1140

Səbail rayonunda Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin və çoxsaylı qonaqların iştirakı ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında H. Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş klassik musiqi gecəsi  keçirilib.

Səhnədəki monitorlarda H. Əliyevin portreti canlandırılıb. İlk olaraq Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” səslənib.

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayəti və İlahə Hüseynovanın dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Cahangir Cahangirov, Firəngiz Babayeva, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Kamal, Musa Mirzəyevin  ölməz əsərləri respublikanın əməkdar artistləri Zemfira İsmayılova, Almaz Orucova Aqşın Abdullayev və İlham Nəzərovun, tanınmış incəsənət xadimlərinin ifalarında Nurlan Əzizbəyli, Rövşən Əziz, Kazım-Nizat Fəxri, Lətifə Soyuözün ifalarında səslənib.