Səfirin qətli ilə bağlı daha bir nəfər həbs olundu

sefirin-qetli-ile-bagli-daha-bir-nefer-hebs-olundu
Oxunma sayı: 1755

İki il öncə Türkiyədə öldürülən rus səfir Andrey Karlov cinayətinin araşdırılması çərçivəsində daha bir nəfər həbs edilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, həbs edilən keçmiş polis əməkdaşı Həsən T.-dir.  FETÖ ilə əlaqədə günahlandırılaraq tutulan Həsən heç bir ittihamı qəbul etməyib. Ankara prokurorluğunun versiyasına görə, sabiq polisin səfir Karlovu öldürən Mövlud Mərt Altıntaşla sıx maliyyə əlaqələri olub. 

Xatırladaq ki,  A. Karlov 2016-cı il dekabrın 19-da rəsm sərgisi zamanı polis zabiti Mövlüd Mərt Altıntaş tərəfindən qətlə yetirilib. Cinayətlə bağlı daha əvvəl 8 nəfər həbs edilmişdi.

Aysel Kərimova