Şəhid ailələri, müharibə əlilləri və 20 yanvar əlillərinin - Prezident təqaüdü artırıldı

sehid-aileleri-muharibe-elilleri-ve-20-yanvar-elillerinin
Oxunma sayı: 6177

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb. 
 
“Qafqazinfo”nun xəbərinə görə, şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamlarına əsasən, müharibə əlillərinə və 1990-cı ilin 20 Yanvarhadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.