Səhiyyə Nazirliyi “elektron əmr” verəcək

sehiyye-nazirliyi-elektron-emr-verecek-
Oxunma sayı: 643

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, yeni proqramın tətbiqi sahəsində səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək və mövcud sistemlərlə inteqrasiya olunacaq. Məsələn “e-Əmr” proqram təminatının müsbət cəhətinin biri onun bilavasitə tibb işçilərinin vahid registri ilə əlaqəli işləməsidir. Sistemdə qeyd olunmuş e-Əmrlər “Tibb işçilərinin vahid elektron registri”ndə avtomatik olaraq əmri verilən şəxsin məlumatlarında öz əksini tapır. Proqram təminatı 1 Yanvar 2012-ci ildən istifadəyə verilməsi nəzərdə tutulub.

Treninqə Bakı və regionlardan tibb müəssisələrinin mütəxəssisləri dəvət olunub.

Qeyd edək ki, “E-Əmr” mövzusunda treninqindən əlavə, Sertifikasiya Komissiyasının da insan resurslarına həsr edilmiş təqdimatları təşkil edilib. Bu təqdimatların məqsədi kadr mütəxəssislərinin iş prosesinin daha da təkmilləşdirilməsi və iştirakçıların səhiyyə sistemində kadr işinin aparılması ilə bağlı yeniliklərlə tanış edilməsinə xidmət edir.
Treninqlər 19 Sentyabr tarixinədək davam edəcək.

Nigar Məmmədli