Şəkidə bələdiyyə binası yanır

sekide-belediyye-binasi-yanir
Oxunma sayı: 981

Şəkidə bələdiyyə binası yanır.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, oktyabrın 18-i axşam saat 23:30 radələrində rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi inzibati binada yanğın başlayıb.
 
Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə Şəki DYMH-nin iki, Qax DYMH-dən isə bir yanğınsöndürən maşın və şəxsi heyətləri cəlb edilib.
 
Artıq saat yarımdır ki, yanğın davam edir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.