Şəkil Çək, MMS Göndər və Bakcell-in Müsabiqəsinin Qalibi Ol!

sekil-cek-mms-gonder-ve-bakcell-in-musabiqesinin-qalibi-ol-
Oxunma sayı: 863



Bu dəfə şirkət böyük məmnuniyyətlə, fotoşəkil çəkmək həvəskarı olan müştəriləri üçün çox maraqlı “MMS Göndər” Müsabiqəsini elan edir. Mobil telefondan MMS göndərməklə biz adətən yaddaqalan anları öz yaxınlarımızla bölüşürük. Bakcell-in əyləncəli “MMS Göndər” Müsabiqəsində iştirak etməklə abunəçilər öz foto çəkiliş istedadlarını bütün Bakcell ailəsi ilə bölüşəcək, eyni zamanda qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Bunun üçün Sizə sadəcə kameralı mobil telefonunuz lazım olacaq.

Müsabiqədə bütün Bakcell abunəçiləri iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq olduqca asandır: Bakcell abunəçiləri mobil telefonları vasitəsilə bir şəkildə mümkün qədər çox adamla kollektiv fotoşəkillərini çəkib MMS vasitəsilə 2882 nömrəsinə göndərməlidirlər. Müsabiqəyə sentyabrın 16-da start verilir və 60 gün ərzində, yəni 14 noyabr tarixinə qədər davam edəcək. Siz müsabiqəyə istədiyiniz qədər MMS şəkil göndərə bilərsiniz, bir şərtlə ki, onlar müsabiqənin şərtlərinə uyğun gəlsin. Müsabiqəyə təqdim olunmuş fotoşəkillər www.mms.bakcell.com / wap.mms.bakcell.com səhifələrində yerləşdiriləcək və Bakcell abunəçiləri bu səhifələrə daxil olub fotolara baxa və bəyəndikləri şəklə SMS vasitəsilə səs verə biləcəklər. Bunun üçün onlar istədikləri fotoşəkilin kodunu SMS vasitəsilə 2992 nömrəsinə göndərməlidirlər. 2882 nömrəsinə göndərilən hər bir MMS-in və 2992 nömrəsinə göndərilən hər bir SMS-in qiyməti 0.59 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

“MMS Göndər” Müsabiqəsinin qalibi SMS səsverməsi nəticəsində müəyyən ediləcək. Ən çox SMS səs toplayan fotoşəkilin müəllifi Əsas Mükafat olan Dubaya 2 nəfərlik səyahət və İpad 2-yə sahib olacaq. Bu o deməkdir ki, daha çox MMS göndərən iştirakçılar müsabiqənin əsas mükafatlarını qazanmaq üçün daha çox şans əldə edəcəklər. Ona görə də vaxt itirmədən mobil telefonunuzdakı kameranı işə salın, şəkil çəkin, MMS göndərin və gözəl hədiyyələri qazanmaq şansına sahib olun.

Müsabiqə ilə bağlı daha bir şad xəbər odur ki, təkcə MMS göndərənlər deyil, səs verən abunəçilər də hədiyyə qazana biləcəklər. Müsabiqə boyunca SMS səsverməsi zamanı ən çox SMS göndərən abunəçilər hər həftə Netbuk, hər ay iPad2 və müsabiqənin finalında Macbook Air kimi qiymətli hədiyyələrə sahib olacaqlar.

Bakcell öz müştərilərinə daim gündəlik həyatlarında ünsiyyətin və paylaşmanın zövqünü yaşadan müasir mobil xidmətlər təklif edir. Bakcell-lə ünsiyyətin zövqünü yaşamaq üçün Siz də mobil telefonlarınızı işə salın, maraqlı şəkillər çəkin və 2882 nömrəsinə göndərin. Şəkil çəkin, göndərin, səs verin və Bakcell-in “MMS Göndər” Müsabiqəsinin qalibi olun!

Bakcell-in “MMS Göndər” Müsabiqəsi Sizin üçün uğurlu olsun!
“MMS Göndər” müsabiqəsi və onun şərtləri haqqında daha ətraflı məlumat almaq üçün, xahiş edirik, www.mms.bakcell.com / wap.mms.bakcell.com səhifələrinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.