Səkkiz minlik “Vertu” oğurlayan yeniyetmə tutuldu

sekkiz-minlik-vertu-ogurlayan-yeniyetme-tutuldu
Oxunma sayı: 2057

Evdən 30000 manat pul və telefon götürən şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-nin saytına istinadən verdiyi məlumata görə,Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 30000 manat dəyərində qızıl əşyalar və 8000 manat dəyərində “Vertu” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.