Səkküz yüz məcburi köçkün geri döndü

sekkuz-yuz-mecburi-kockun-geri-dondu
Oxunma sayı: 677

“Mən hisslərimi ifadə etmək üçün söz tapa bilmmirəm. Azad olmuş Liviyaya daxil olarkən, özümü ikinci dəfə dünyaya gəlmiş kimi hiss etdim. Bu sevinci təsvir etmək qeyri-mümkündür”, - məcuri köçkünlərdən biri deyib.

Statistikaya görə, fevralda ölkədə gərginlik yaranandan Liviyanı 100 mindən çox liviyalı tərk edib. Beynəlxalq məkanda sığınacaq tapmış liviyalılar daha çox Tunis, Misir və Avropa ölkələrinə, o cümlədən su yolu ilə ən yaxın olan İtaliyaya üz tutub. Çoxları keçid dövrünün hələ təhlükəli olduğunu düşünərək vətənlərinə qayıtmamağı münasib görür.

Tripoliya yeni daxil olmuş köçkünlər “böyük qayıdışa” sevinsələr də, tezliklə dağılmış evlərinə daxil olacaq və ərzaq problemləri ilə üzləşməli olacaqlar.