Şəmkirdə 4 otaqlı ev yandı

semkirde-4-otaqli-ev-yandi
Oxunma sayı: 843

Şəmkir rayonunda yanğın olub. “Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə  Aşağı Seyfəli kəndində baş verib. 

Bildirilib ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evdə ev əşyaları 8 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.