Senat Notr-Damla bağlı qərar qəbul etdi

senat-notr-damla-bagli-qerar-qebul-etdi
Oxunma sayı: 1284

Parisin simvollarından olan Notr-Dam Kilsəsi orijinalı əsasında restavrasiya ediləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bu gün Fransa Senatı qərar qəbul edib. 850 illik tarixi kilsənin şüşə damdan hazırlanması və tərəvəz yetişdirilməsi təklifi sərt reaksiyalara səbəb olmuşdu. Bu səbəbdən Notr-Damın bərpa olunması haqda qanun qəbul edilib.

Bununla da Senat tarixi tikilinin modern üslubda restavrasiya ediləcəyi haqda söz-söhbətə son qoyub.

Xatırladaq ki, aprelin 15-də Notr-Dam kilsəsi yanıb.