“Səngəçal” ES mayda proqnozu 2,1 milyon kilovatsaat keçib

sengecal-es-mayda-proqnozu-21-milyon-kilovatsaat-kecib
Oxunma sayı: 774

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2011-ci ilin 5 ayı ərzində burada 485,5 milyon kilovatsaat elektrik enerjisi proqnozuna qarşı 493 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, stansiyada ötən illərdə olduğu kimi, həm cari ilin may ayında, həm də 5 aylıq yekunda digər texniki-iqtisadi göstəricilər üzrə də yüksək nailiyyətlər əldə edilib.

Xatırladaq ki, 18 aqreqatdan ibarət, ümumi gücü 300 MVt olan bu elektrik stansiyasının digər stansiyalardan fərqi ondadır ki, burada yanacaq kimi qaz, mazut və dizel yanacağından istifadə edilir.

Nigar Məmmədli