Sergey Skripal ispan kəşfiyyatına da işləyib?

sergey-skripal-ispan-kesfiyyatina-da-isleyib
Oxunma sayı: 1306

Rusiyanın keçmiş agenti, Britaniyada zəhərlənən Sergey Skripalın bir müddət ispan kəşfiyyatına işlədiyi iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb. Bildirilir ki, bu məlumatı yüksək vəzifəli şəxs və yazının müəllifi Fernando Rueda təsdiqləyir. İspaniyanın kəşfiyyat əməkdaşları ilə söhbətə istinad edən Rueda Skripalın davamlı olaraq İspaniyaya getdiyini deyib. Qəzet yazır ki, son illər ərzində keçmiş agent İspaniya kəşfiyyatına çalışmış şəxslərlə görüşlər keçirib.

Qeyd edək ki, daha əvvəl də Sergey Skripalın 2016-ci ildə Estoniyaya səfər edərək eston xüsusi xidmət orqanlarının əməkdaşları ilə gizli görüşlər keçirdiyi yazılıb.

Aysel Kərimova