Sərnişin avtobusu dərəyə aşdı - 7 ölü, 23 yaralı

sernisin-avtobusu-dereye-asdi
Oxunma sayı: 1053

Peruda sərnişin avtobusu dərəyə aşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident ölkənin cənubundakı Arekipa departamentində baş verib.

Məlumata əsasən, qəza zamanı 7 nəfər ölüb, daha 23 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.