Səudiyyə hökumətindən qadınlarla bağlı növbəti qərar

seudiyye-hokumetinden-qadinlarla-bagli-novbeti-qerar
Oxunma sayı: 1891

Son aylarda qadınlarla bağlı bir neçə qadağanı ləğv edən Səudiyyə Ərəbistanı hökuməti növbəti qərara imza atıb.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, bir neçə gün öncə qadınların kafe və restoranlarda işləməsinə icazə verən hökumət, bu gün isə hava limanına qadın işçilərin də götürüləcəyini qərarlaşdırıb.

Belə ki, Səudiyyə Ərəbistanın Pasport Nəzarət Agentliyi 140 qadını işə götürəcək.

Bu açıqlamadan sonra gün ərzində 107 min qadın iş üçün müraciət edib. Agentlikdən bildirilib ki, S.Ərəbistanında doğulmuş, yaşı 23-35 arasındakı orta məktəb məzunu olan qadınlar işə götürüləcək.

Xatırladaq ki, öncəki aylarda qadınların kinoteatr və stadionlara girişinə, həmçinin avtomobil sürmələrin icazə verilmişdi.