Sevgilisi modeli döyərək bu hala saldı - Fotolar

sevgilisi-modeli-doyerek-bu-hala-saldi
Oxunma sayı: 3002

Məşhur model  Martha Dolak sevgilisi Michael Goodwin tərəfindən şiddətə məruz qalıb.  “Qafqazinfo” xəbər verir ki, Londonda yaşayan 31 yaşlı model 21 saat ərzində işgəncələrə məruz qalıb. 

Dolak deyib ki, çəkdirdiyi foto onu ölümdən xilas edib: “Dostlarımdan biri həmişə mənim Michaeldən ayrılmağımı istəyirdi. Yenə eyni mövzuda mesaj yazdı, sevgilim bunu gördü. Məni otağa apardı, qapını bağladı.  Pəncərəyə tərəf getdim ki, kimsə məni görsün. Birdən böyük bir ağrı hiss etdim, ondan sonra heç nə xatırlamadım.

Oyandım ki, yataqdayam, hərəkət edə bilmirəm. Başım çox ağrıyırdı. Gözüm açılmırdı! Daha sonra sevgilimin başıma təpik atdığını gördüm. Sonra otaqdan getdi. Bir foto çəkdim ki, üzümün bu halını görüm. Həmin şəkli dostlaırma atıb kömək istədim”.

Model açıqlamasında Michael Goodwinin 4 il həbs olunduğunu da qeyd edib.