Sevgilisini gecə ötürərkən qohumları tərəfindən bıçaqlandı

sevgilisini-gece-oturerken-qohumlari-terefinden-bicaqlandi
Oxunma sayı: 652

Hövsan qəsəbəsində baş vermiş hadisə zamanı 30 yaşlı Quliyev Sənan Nəsir oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalaraq çoxsaylı bıçaq xəsarətləri alıb. Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının üzərində 5 saat davam edən cərrahi əməliyyatdan sonra onun həyatı xilas edilib.

Hadisədən sonra Suraxanı rayon polis idarəsi və 30-cu polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Nəsimi rayon sakini olan Sənan Quliyev Hövsana qəsəbəsinə tanışı olan bir xanımı ötürmək istəyən zaman elə həmin xanımın qohumları ilə aralarında mübahisə yaranıb. Mübahisə əsnasında isə Quliyev ağır bədən xəsarəti alıb.

Qeyd edək ki, ağır əməliyyatdan sonra yaralının huşu hələlik özünə gəlmədiyindən polislər onun izahatını ala bilməyib. Sənan Quliyevin bıçaqlanması fakti ilə əlaqədar Suraxanı rayon polis idarəsində cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam endirilir.