Sevinc Babayevanın ölüm xəbəri yayıldı - Yeniləndi

sevinc-babayevanin-olum-xeberi-yayildi-yenilendi
Oxunma sayı: 645

Məlumata görə, bu gün onun oğlunun telefonuna zəng gəlib. Ona zəng edən şəxs anasının cənazəsinin Azərbaycana gətirildiyi və onu qarşılamaq üçün hava limanına gəlməyi istəyiblər.

Onun oğlu kimi özünü təqdim edən şəxs də saytımıza açıqlamasında xəbərin doğru olduğunu deyib.

Qeyd edək Ki, bu gün kriminoloq Əyyub Kərimov da S. Babayevanın öldürülməsi versiyası ilə bağlı açıqlama verib: “Mümkündür ki, Sevinc Babayeva öldürülüb və ya öldürülsün. Belə bir məsələ vardır ki, “insan var problem var, insan yoxdur problem yoxdur. Əgər məlum olsa ki, Sevinc Babayeva sağ deyil onda onun danışa biləcəkləri hər bir şeyə nöqtə qoyulacaq”.

Xatırladaq ki, bu xəbər təxminən bir saat əvvəl Qafqazinfoya daxil olasa da, informasiyanın məqsədli şəkildə dövriyyəyə buraxılma ehtimalını nəzərə alaraq yayılmasını gecikdirdik.

Bu haqda yaxın dəqiqələrdə rəsmi məlumatın yayılacağı gözlənilir.