Şeyx Dolmabaxça sarayda sədrlik edəcək

seyx-dolmabaxca-sarayda-sedrlik-edecek
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, səfər Avrasiya İslam Şurası Təşkilatının dəvəti əsasında həyata keçirilir. Təşkilatın 19-22 noyabr 2012-ci il tarixində baş tutacaq VIII Baş İslasının mövzusu “Ənənədən gələcəyə doğru: Avrasiyanın İslam üfüqləri”dir. Avrasiya cografi məkanında tarixi qardaşlıq telləri ilə bağlı olan ölkələr və cəmiyyətlərin dini qurumları, onların dini lider və təmsilçilərini bir araya gətirəcək toplantıda gündəmdə olan aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq, ümumi fəaliyyət istiqamətləri müəyyən ediləcək.

Toplantıda iştirak etmək məqsədilə QMİ sədri A. Paşazadənin başçılığı ilə Şimali Qafqaz müftiləri – Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri İstanbula yola düşmüşlər. Şeyxülislam A. Paşazadə İstanbulun mötəbər Dolmabaxça sarayında keçiriləcək toplantının bir bölümünə sədrlik edəcək.