Şeyx hirsləndi

seyx-hirslendi
Oxunma sayı: 649

"Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə ümid bəsləyirik. Lakin XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmiş bir ölkəni beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb etmək yönümündə heç bir səy göstərməyən "Freedom House" təşkilatının və bu qəbildən olan Avropa təsisatlarının qərəzli mövqeyi açıq-aydın görünür", - Trend-in məlumatına görə, bunu Paşazadə Bakıda çərşənbə günü keçirilən "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

Paşazadə bildirib ki, Avropa ölkələrində insan haqlarının kifayət qədər pozulduğu, terror və ekstremizm hallarının tüğyan etdiyi halda bəzi Avropa təşkilatlarının qeyri-obyektiv ictimai rəy formalaşdırmaq istəyi heç bir məntiqə sığmır.

Qeyd edək ki, iki gün davam edəcək Forumda mövzu ilə bağlı bir sıra panellər də keçiriləcək. Sonda isə Bakı Platforması qəbul olunacaq.