Şeyx Suriyaya gedənlərlə bağlı fətva verdi- - "Bizi belə şeylərlə qorxuda bilməzlər"

seyx-suriyaya-gedenlerle-bagli-fetva-verdi-
Oxunma sayı: 2116



Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası son vaxtlar xarici ölkələrə cihad edənlərlə bağlı fətva verib. 

“Qafqazinfo” xəbər verir ki, fətvada deyilir:

“Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir. İslam dininə görə niyyət vacibdir. Peyğəmbərimiz Məhəmməd buyurur ki, qərəzli təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir. 

QMİ Qazilər Şurası bəyan edir ki, bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Belələrinin əsl məqsədlərini fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxilinə işinə qarışmalarını qətiyyətlə pisləyirik. Qafqaz Müsəlmanlarının dini mərkəzi olaraq hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror zorakılıq ekstremizm dini pərdə arxasında radikalizm əleyhinə etiraz səsimizin ucaltmışıq. Biz xalqımızın milli-mənəvi dəyələrləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan bölgəmizdə xəvaricilik, təkfirçilik vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək dövlətimizn Dini etiqad azadlığı haqqında Qanuna zidd hərəkətləri yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq. Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzərə alaraq belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımasını tələb edir”.

***
QMİ sədri Hacı Allahşükür Paşazadə xaricə cihad edənlərə müraciət edib. “Qafqazinfo” xəbər verir ki, Şeyx bildirib ki, yəqin, bu fətvadan sonra qarşıdurma yaratmaq istəyənlər olacaq: 

“Bunu  bəzi saytlarda gördüm. Biz bu çətinliklərdən də keçəcəyik. Bizi belə şeylərlə qorxuda bilməzlər. Onlar müraciət edirəm ki, başqa dövlətlərə uymasınlar. Belə işlərdən əl çəkib Azərbaycan dövlətinə qarşı çıxmasınlar.”

Günel