Şiddətli külək ağacı maşınının üstünə aşırdı - Fotolar

siddetli-kulek-agaci-masininin-ustune-asirdi
Oxunma sayı: 2886

Mayın 25-də Azərbaycanın şimal bölgəsində başlayan güclü külək Quba rayonuna da təsirsiz ötüşməyib. 

"Qafqazinfo" xəbər verir ki, güclü külək şəhərin 1 saylı orta məktəbin hasarının üstünə iri gövdəli ağacı aşırıb. 

Bundan əlavə, Quba şəhərində küçədə hərəkətdə olan "Niva" markalı avtomobilin üstünə qəflətən ağac aşıb. Xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Emin Kərimov